Accessibility links

Azərbaycanda son sutkada 518 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8104 nəfər vəfat edib, aktiv xəstə sayı 19 759 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5510, ötən müddət ərzində isə ümumilikdə 568 3256 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG