Accessibility links

Azərbaycanda son sutkada 662 nəfər COVID-19-a yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8222 nəfər vəfat edib, aktiv xəstə sayı 14 545 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

Eyni zamanda qurum Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 365 vaksin vurulduğunu açıqlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3985, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 097 316, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 144 676, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 645 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 306 737 təşkil edir.

Xatırlatma

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG