Accessibility links

Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının sentyabrın 14-nə olan açıqlamasına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Sentyabrın 14-də Bakıda metronunn hərəkəti bərpa ediləcək. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

Şərhlərə bax

XS
SM
MD
LG