Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 586 640 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7833 nəfər vəfat edib, aktiv xəstə sayı 25 992 nəfərdir.
Ölkədə son sutka ərzində 5594, hazırkı dövrədək isə 5 526 664 test aparılıb.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 512 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.