Son sutkada Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 86 yeni hal aşkar edilib, 26 xəstə sağalıb, 1 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Yoluxan şəxslərin ümumi sayı 336047-yə çatıb, o cümlədən 330219 nəfər müalicə olunub, 4974 vəfat edib. 854 aktiv xəstənin müalicəsi davam edir.
Son sutka 8871 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 511 min 219-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 214 min 990, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 296 min 229 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə veriləcək.