Accessibility links

Azərbaycanda son sutkada 922 nəfər koronavirusa yoluxub


Azərbaycanda toplam 605,920 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilir.
Azərbaycanda toplam 605,920 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilir.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib, aktiv xəstə sayı 19 041 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, ötən müddət ərzində isə ümumilikdə 5 694 341 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG