Accessibility links

Azərbaycanda son sutkada 97 nəfər COVID-19-a yoluxub, 91 nəfər sağalıb


Azərbaycanda koronavirus
Azərbaycanda koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının oktyabrın 5-nə olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

“Azərbaycanda indiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1603 nəfərdir” məlumatda deyilir.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140190 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 33 milyon 94 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 999 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtddan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

XS
SM
MD
LG