Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 243 nəfər müalicə olunaraq sağalıb, 8 149 nəfər vəfat edib, aktiv xəstə sayı 17 668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 440, ötən müddət ərzində isə ümumilikdə 5 718 629 test aparılıb.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 626 667, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 205 114 təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.