Accessibility links

Azərbaycanda son sutkada koronavirus infeksiyası ilə bağlı ölüm faktı qeydə alınmayıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-də ölüm qeydə alınmayıb.

“İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir”.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3551, ötən müddət ərzində isə ümumilikdə 1 180 271 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi noyabrın 2-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

Şərhlərə bax

XS
SM
MD
LG