Accessibility links

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2627991 test aparılıb.

Bundan əlavə Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb. Məlumata görə, martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG