Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanalırn sayı 1739 nəfər artaraq 3508 nəfərə çatıb


Xəstəxananın direktoruna cinayət işi açılıb

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3508 yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb. Bu dünənki yoluxmadan 1739 nəfər çoxdur. Avqustun 13-də koronavirusa 1769 nəfər yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 365 min 9 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 338 min 279 nəfər müalicə olunaraq sağalıb, 5138 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 956, bu günə qədər isə ümumilikdə 4 milyon 195 min 64 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 739 min 342, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 380 min 387, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 358 min 955 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG