Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.

Ölkədə son sutka ərzində 8 945, hazırkı dövrədək isə 2 710 126 test aparılıb.

Eyni zamanda qurum Azərbaycanda koronavirusa qarşı vaksinasiya olunanların sayı 453,586 nəfərə çatdığını qeyd edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG