Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238383 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 230244 nəfər müalicə olunaraq sağalıb, 3262 nəfər vəfat edib, aktiv xəstə sayı 4877 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, ötən müddət ərzində isə ümumilikdə 2 682 116 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG