Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 354662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335771 nəfər müalicə olunaraq sağalıb, 5084 nəfər vəfat edib, aktiv xəstə sayı 13807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10081, ötən müddət ərzində isə ümumilikdə 4133796 test aparılıb.

Eyni zamanda rəsmi məlumata görə son sutkada koronavirus (COVID-19) əleyhinə 59288 vaksin vurulub.

Məlumata görəbir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19936 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5478042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935 təşkil edir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 5 milyon 418 min 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 257 min 999 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG