Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 841 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, ötən müddət ərzində isə ümumilikdə 3 706 051 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 080 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 993 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 082 728 nəfərdir. Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərərin keçirilməsinə icazə veriləcək.

XS
SM
MD
LG