Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330466 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5951, ötən müddət ərzində isə ümumilikdə 3793040 test aparılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 740 447-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 321 863, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 418 584 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG