Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı 244 nəfər artıb, 17 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Beləliklə, koronavirusa yoluxanların sayı son gündə 244 nəfər artıb. Dünən yoluxanların sayı 1185 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Bu günə kimi ölkədə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Belə ki, 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunub. Martın 22-dən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edilib və bu rejim iyunun 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG