Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 321798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 297784 nəfər müalicə olunaraq sağalıb, 4580 nəfər vəfat edib, aktiv xəstə sayı 22434 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5180, ötən müddət ərzində isə ümumilikdə 3267835 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 541 715 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.