Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 21 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 3968 yeni hal aşkar edilib, 1151 nəfər sağalıb, 21 nəfər vəfat edib.

Bu barədə avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Pandemiya başlayandan koronavirusa yoluxmuş şəxslərin ümumi sayı 384 886-a çatıb, o cümlədən 343 407 müalicə olunub, 5252 nəfər vəfat edib. 36 227 aktiv xəstənin müalicəsi davam edir.

Son sutka ərzində 17 215 test keçirilib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 45 min 471, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 617 min 203, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 428 min 268 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq. Bu günədək ölkə əhalisinin 24 faizi vaksinasiya olunub.

XS
SM
MD
LG