Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 24 nəfər vəfat edib


Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 2266 yeni hal qeydə alınıb, 1194 xəstə sağalıb, 24 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ümumilikdə pandemiya başlayandan ölkədə COVİD-19 infeksiyasına yoluxma ilə bağlı 520 068 fakt qeydə alınıb, o cümlədən 486 426 nəfər müalicə olunub, 6939 nəfər vəfat edib. 26 703 aktiv xəstənin müalicəsi davam edir.

Son sutka ərzində 13 552 test keçirilib.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 424 902-dir. Vaksinasiyanın birinci mərhələsi çərçivəsində 5 086 757, ikinci mərhələdə 4 338 145 nəfər peyvənd olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG