Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 31 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 007 nəfərdir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG