Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 32 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2 075 yeni yoluxma halı aşkarlanıb, 2 480 nəfər müalicə olunub, 32 nəfər vəfat edib.

Bu barədə aprelin 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Yoluxanların ümumi sayı 305 933-ə çatıb, o cümlədən 269 965 nəfər müalicə olunub, 4 235 nəfər vəfat edib. 31 733 aktiv xəstənin müalicəsi davam edir.

Sutka ərzində 12 679 test keçirilib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 366 min 890-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 908 min 672, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 458 min 218 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG