Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 36 nəfər vəfat edib


Koronavirus

Aprelin 11-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 285 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 370 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 248, bu günə qədər isə ümumilikdə 3 018 445 test icra olunub.

Ölkədə yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 418 812 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG