Accessibility links

Azərbaycanda “Sputnik V” vaksininin istehsalı nəzərdən keçirilir


Yaxın günlərdə Bakıya 100 min dozadan çox “Sputnik V” vaksini gətiriləcək. Bundan başqa, koronavirus əleyhinə Rusiya vaksinlərinin Azərbaycanda istehsal edilməsi məsələsi nəzərdən keçirilir.

Rusiyanın TASS agentliynin məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko aprelin 16-da MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşündə bildirib.

“Bilirəm ki, aprel-may aylarında 100 min dozadan çox “Sputnik V” vaksininin göndərilməsi haqqında razılıq əldə olunub, çünki biz yaxşı başa düşürük ki, pandemiyanı real olaraq dayandırmağın yeganə yolu kütləvi vaksinasiyadır,” Matvienko bildirib.

Onun sözlərinə görə, bu vaksinlərin Azərbaycanda istehsalı məsələsi nəzərdən keçirilir, bu, kütləvi vaksinasiyanı sürətləndirməyə və bəlkə də vaksinləri başqa ölkələrə də ixrac etməyə imkan verəcək.

Matvienkonun fikrincə, maneəsiz ünsiyyət və “bir-birimizə qonaq gedib-gələ bilmək” üçün kütləvi vaksinasiyanın bütün ölkələrdə həyata keçirilməsi vacibdir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı anadək vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG