Accessibility links

Azərbaycanda sutkada 596 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 57040 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11808 nəfərdir.

Ölkədə son sutka ərzində 5081, hazırkı dövrədək isə 1368620 test aparılıb.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

XS
SM
MD
LG