Accessibility links

Azərbaycanda Türkiyə və Rusiya hərbçilərinin Sülhməramlı Mərkəzi yaradılır


Türkiyə Azərbaycanda yaradılacaq Sülhməramlı Mərkəzdə Rusiya hərbiçiləri ilə birgə fəaliyyət göstərəcək.

Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsini müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.

Rusiya və Türkiyə müdafiə nazirləri ötən həftə Azərbaycan birgə monitorinq mərkəzinin yaradılmasına dair memorandum imzalamışdılar.

Parlamentə təqdim olunan qanun türk sülhməramlı qüvvələrinin Azərbaycana göndərilməsi üçün bir illik mandat nəzərdə tutur. Göndəriləcək əsgərlərin sayının müəyyənləşdirilməsi Prezident Rəcəb Tayyib Ərdoğana həvalə olunur.

Qarşıdan gələn günlərdə qanun layihəsi üzərində debat keçiriləcək. Qanun layihəsində sülhməramlı qüvvələrin tərkibində mülki heyətin yer alacağı da nəzərdə tutulur.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Dağlıq Qarabağ istiqamətində hərbi əməliyyatlar bərpa edilib. Əməliyyatlar nəticəsində Azərbaycan hərbi qüvvələri əhəmiyyətli irəliləyişə nail olub.

44 günlük döyüşlərdən sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Razılığa əsasən, dekabrın 1-dək Ermənistan Silahl Qüvvələri Azərbaycan ərazisini tərk etməlidir.

Bölgəyə Rusiyanın sülməramlı kontingenti yeridilib. Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbiçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Sənəddə deyilir ki, Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzi qurulacaq.

“Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır,” qanun layihəsində qeyd edilir.

Bu arada, noyabrın 14-də Rusiya Müdafiə Nazirliyi Xankəndində general-mayor Andrey Volkovun rəhbərliyi ilə Humanitar Fəaliyyət İdarələrarası Mərkəzini yaradıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda sülhməramlı tapşırıqlarının icrası çərçivəsində yerli administrasiya ilə əməkdaşlıq edərək əhaliyə dinc həyatın bərpasında kömək edir.

“Sülhməramlı kontingentin bölmələri mühəndis kəşfiyyatı həyata keçirir, yolların və texniki avadanlıqların minalardan təmizlənməsini və yanmış avadanlıqların ümumi istifadədən çıxarılmasını həyata keçirir.

Stepanakertdə (Xankəndi) yol hərəkətinin təşkili, mülki infrastrukturun sosial obyektlərinin və yaşayış binalarının elektrik və su təchizatını bərpa edib,” məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, noyabrın 14-dən başlayaraq General-Mayor Andrey Volkovun rəhbərliyi altında yeni qurulmuş mərkəzin əməliyyat qrupu qaçqınların Dağlıq Qarabağa qayıtmasının təhlükəsizliyini təmin edir.

“Noyabrın 14-də Laçın dəhlizindən keçən 9 avtobusun (250 nəfər), noyabrın 15-də 19 avtobusun (475 nəfər) təhlükəsizliyi təmin edilib,” Rusiya Müdafiə Nazirliyi qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG