Accessibility links

Azərbaycanda təhsil işçilərinin 31,8 faizinə COVİD-19-a qarşı peyvənd vurulub


Koronavirus

Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiyası davam etdirilir. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir.

Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olummuş məktəb heyətinin ümumi sayı 48 285 nəfərdir (55 faiz).

Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.

Təhsil Nazirliyi ölkədəki bütün təhsil işçilərinin peyvənd olunacağı barədə qərar qəbul edib.

Aprelin 5-dən Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada həyata keçirilir.

Təhsil Nazirliyi bildirib ki, digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdirilir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Ölkədə koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG