Accessibility links

Azərbaycanda tələbə qızların zəhərləndiyi bildirilir


Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) bir neçə tələbəsinin zəhərləndiyi, onlardan birinin öldüyü bildirilir.

Tələbələrin sözlərinə görə, hadisə universitetin 2 saylı yataqxanasında baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub:

"Həkimlər ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir."

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG