Accessibility links

Azərbaycanda təqaüdlər və müavinətlər artırılıb


Prezident İlham Əliyev 2022-ci il yanvarın 1-dən müxtəlif müavinət və təqaüdlərin artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.

Belə ki, yaşa görə müavinət ölçüsü 130 manatdan 180 manata, birinci qrup əlilliyə görə müavinət 150 manatdan 200 manata, ikinci qrup əlilliyə görə müavinət 110 manatdan 120 manata qədər artırılır.

18 yaşa qədər sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət 150 manatdan 200 manata, ailə başçısının itirilməsinə görə müavinət 80 manatdan 100 manata qədər artırılıb.

Müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən müavinət 100 manatdan 120 manata qədər artırılıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinət 100 manatdan 120 manata qədər artırılıb.

Bundan başqa, bir yaşadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 55 manatdan 70 manata, övladlığa uşaq götürənlərə ödənilən müavinət 160 manatdan 200 manata, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə ödənilən müavinət 480 manatdan 600 manata, uşağın doğulmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavnət 300 manatdan 350 manata qədər artırılıb.

Bundan başqa, dövlət başçısı beşdən çox uşağı olan qadınların müavinətini 55 manatdan 70 manata qədər artırıb.

Bununla yanaşı, birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara qulluq edən şəxslərə verilən prezident pensiyasının ölçüsü 50 manatdan 80 manatadək artırılıb.

Prezidentin daha bir fərmanı ilə bütün səviyyələrdə təhsil alan tələbələrin (orta ixtisas məktəbləri, ali məktəblərin bakalavriat və magistratura səviyyələri), habelə doktorantların təqaüdləri 20% artırılıb.

Fəxri adlara görə təqaüdün ölçüsü 150 manatdan 180 manata və 100 manatdan 120 manata qədər artırılıb.

Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, müavinət və təqaüdlərin artımı ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG