Accessibility links

Azərbaycanda USAID-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir


Azərbaycanda USAİD-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir
Azərbaycanda USAİD-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir

İyunun 2-də Onlayn İctimai Nəzarət Platformasının təqdimatı keçirilib. Təqdimat mərasimində Açıq Hökümət Platformasının koordinatoru Əliməmməd Nuriyev və USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqh iştirak edib.

Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.

Əliməmməd Nuriyev bildirib ki, platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.

Azərbaycanda USAİD-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir
please wait

No media source currently available

0:00 0:02:48 0:00

“Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsApp və ya sayt vasitəsi ilə E-nəzarət komandasına məlumat çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.”

USAID-in ölkə üzrə missiyasının direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulayıb, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daim dəstək verildiyini deyib.

“Gələcək partnyorluq üçün əməkdaşlıq çox vacibdir. Buna oxşar platforma ABŞ-da uğur qazanıb və eyni uğuru Azərbaycanda da görmək istərdik,” o qeyd edib.

Azərbaycanda USAİD-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir
Azərbaycanda USAİD-in dəstəklədiyi Onlayn İctimai Nəzarət Platforması həyata keçirilir

Layihənin icraçısı “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

Amerikanın Səsinin sualının cavabında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru deyib ki, artıq 3 ildir Azərbaycandadır.

“Bu illər ərzində bizim Azərbaycanla tərəfdaşlığımız daha da genişlənib, güclənib. ABŞ-ın Azərbaycanla dostluğu möhkəmdir,” o qeyd edib.

Əliməmməd Nuriyev isə Amerikanın Səsinin sualının cavabında bildirib ki, layihənin həyata keçirildiyi dövrdə Azərbaycan beynəlxalq korrupsiya indeksində 180 ölkə arasında 152-ci yerdən 126-cı yerə enib.

“Eyni zamanda korrupsiya indeksi beş bal aşağı düşüb. Həm də son illərdə ölkədə korrupsionerlərin cəzalandırılması dairəsi genişlənib. Əvəllər orta səviyyədə cəsalandırma var idisə, son illər hətta siyasi vəzifə tutanlar cəzalandırılır. Bu da pozitivdir. Amma ən vacibi korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasıdır. İnstitusional dəyişikliklər baş verməli, islahatlar genişləndirilməlidir. Bu layihənin əsas məqsədlərindən biri də vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı daha fəal olmasını gücləndirməkdir,” o qeyd edib.

XS
SM
MD
LG