Accessibility links

Azərbaycanda Vətən Dəyərlər Platforması adlı yeni ictimai təşkilat təsis edilib


Vətən Dəyərlər Platforması - loqo
Vətən Dəyərlər Platforması - loqo

İyulun 24-də Azərbaycanda Vətən Dəyərlər Platforması (VDP) adlı yeni ictimai təşkilatın təsis edildiyi bəyan edilib.

Təşkilatın təşəbbüs qrupu və təsisçilərinin bu gün keçirdiyi iclasda yazıçı-kinodramaturq Eldəniz Quliyev VDP-nin rəhbəri seçilib.

VDP-nin təsisçiləri sırasında onlarla tanınmış ziyalı, aktyor, müğənni, ictimai xadim, yazıçı, şair, jurnalist, alim, keçmiş hərbiçi, hüquq müdafiəçisi var.

Vətən Dəyərlər Platformasının məramı və fəaliyyət istiqamətlərini əks etdirən bəyanatda deyilir:

“Vətən Dəyərlər Platforması, ilk növbədə ümummilli mənafeləri şəxsi maraqlardan uca tutanların, millətini, torpağını bütöv və azad görmək istəyənlərin, Qarabağın azadlığı üçün canından keçməyi özünün alın yazısı sayanların, talançılığı, korrupsiyanı, rüşvətxorluğu və riyakarlığı insan mənəviyyatına vurulan ağır zərbə hesab edib, ona qarşı barışmaz mövqe nümayiş etdirənlərin, Azərbaycanın dövlətçilik maraqlarını uca tutaraq, ölkədə hökm sürən kövrək ictimai-siyasi sabitliyin həqiqi əmin-amanlığa çevrilməsinə səy göstərənlərin, ölkə ictimaiyyətini fəallaşdıraraq, onları demokratik mübarizəyə səfərbər edənlərin, ədalətsiz olaraq tənə, təhqir və təqiblərə məruz qalmış, hüquqları pozulmuş vətəndaşlara mənəvi, maddi və hüquqi yardım etmək istəyənlərin, mənəvi və əxlaqi keyfiyyətləri, humanizm prinsiplərini insan ömrünün qiymət meyarı sayanların, azad sözə, azad fikir və azad seçimə qarşı çıxanlarla mübarizə aparanların, indiyə qədər siyasi oyunlarda iştirak etməyən, vətəndaşlıq ləyaqətinə xələl gətirməyən, hakimiyyətə, yaxud hər hansı bir vəzifə kürsüsünə iddiası olmayanların, qanunun aliliyi və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu, vətəndaşların hüquq və azdlıqlarının toxunulmazlığına təminat verilməsi uğrunda, konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edərək, sivil üsullarla mücadilə aparanların, siyasi məkana səmimi şəkildə əxlaq, mənəviyyat və ziya gətirməyə cəhd edənlərin demokratik-ictimai təşkilaıdır.“

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG