Azərbaycan ərazisində koronavirusla bağlı xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.
Bu barədə Baş Nazir Əli Əsədov çərşənbə günü, dekabrın 22-də qərar imzalayıb.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvaradək idi.
Son günlər ölkədə koronavirusa tutulanların sayı bir neçə dəfə azalaraq 500-700 arasında dövr edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.