Accessibility links

Azərbaycanda "zərərli" məlumat yaymaq qadağan edilib


Milli Məclis
Milli Məclis

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər edilib

Martın 17-də Milli Məclisin iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər müzakirə edilərək qəbul olunub.

Bu dəyişikliyə əsasən informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əmlak ziyanı törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına səbəb olan yalan məlumatlar yerləşdirməyə yol verilməməlidir.

Habelə, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına, başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar da yol verilməz sayılır.

Erkin Qədirli
Erkin Qədirli

Milli Məclisin deputatı Erkin Qədirli deyib ki, “sosial şəbəkələr təxribat sayılacaq məlumatlarla, lağlağılarla doludur”.

“Hesab edirəm ki, yalana qarşı həqiqətlə çıxmaq lazımdır. Yeri gəlmişkən, beynəlxalq səviyyədə də uduzuruq. Parlamentin öz televiziya kanalı olmalıdır. İnsanların əksəriyyətinin komitələrin fəaliyyətindən, iclasından xəbəri yoxdur,” deputat əlavə edib.

Ekspertlərin fikrincə, ölkənin mövcud qanunvericiliyi internet sahəsini tənzimləməyə tamamilə imkan verir və əlavə sərtləşdirmə hakimiyyətin bu qədər ehtiyatlandığı şübhəli sensasiyaların nəşrinin qarşısını ala bilməyəcək. Bu cür materiallar sosial şəbəkələrə keçiriləcək ki, onları tənzimləmək, demək olar ki, qeyri-mümkündür, ekspertlər belə deyir.

Media Hüquqları İnstitutunun Koordinatoru Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, qanuna dəyişiklik Azərbaycan Konstitusiyasına, həm də Avropa Konvensiyasına, Avropa Məhkəməsinin ifadə azadlığı hüququ ilə bağlı presedent hüququna ziddir.

Xalid Ağaliyev
Xalid Ağaliyev

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun ilk dəfə 3 il əvvəl ciddi dəyişikliklərə məruz qalmışdı. Həmin vaxt qanuna internet resurslarını blok etməyə imkan verən dəyişikliklər edilmişdi. İnternet resursunu, oradakı məzmunu əlbəttə ki, bloklamaq olar. Qanunvericilikdə bunun əsaslarının yaradılması prinsipcə, vacib və yerində idi. Ancaq dəyişikliklərin məzmunu, bloklamaya imkan verən müddəalar çox ciddi problemli idi. Faktiki olaraq, istənilən internet mediasını, istənilən məzmuna görə bloklamağa imkan verir. Bu məhdudiyyətlər ifadə azadlığı hüququnu məhdudlaşdırmaq üçün tələb olunan əsaslara uyğun deyil.”

Onun sözlərinə görə, parlementin qəbul etdiyi yeni dəyişikliklər 3 il əvvəl qanunvericiliyə gətirilən məhdudiyyəti nəzərdə tutan müddəaları daha da zənginləşdirir.

“Bu dəyişikliklər məhkəmələrə, internet resursları bloklamaq sahəsində təşəbbüs hüququ olan müvafiq qurumlara ifadə azadlığına istədiklərti zaman məhdudiyyət tətbiq etməyə olduqca geniş imkanlar verir,” o qeyd edib.

XS
SM
MD
LG