Accessibility links

Azərbaycanlı fəal Qdansk aeroportunda saxlanılıb


Norveçdən siyasi sığınacaq almış azərbaycanlı fəal Daşqın Ağalarlı Polşanın Qdansk aeroportunda İnterpol tərəfindən saxlanılıb. Ona Azərbaycana deportasiya olunacağı deyilib.

Bu barədə hazırda Qdansk aeroportunda saxlanılan Daşqın Ağalarlının özü Amerikanın Səsinə müsahibəsində bildirib.

Daşqın Ağalarlı: Qdansk aeroportunda saxlanılmışam
please wait

No media source currently available

0:00 0:01:40 0:00

"Məni saat yarım əvvəl saxlayıblar. Hələ izolyatora göndərməyiblər. Mən bunlara deyirəm ki, interpolla bağlı beş il əvvəl həbs olunmuşam, bəraət almışam. Sizin axtardığınız pasport məndə yoxdur, məndə Norveçin pasportudur. Onlar deyir, bunu aydınlaşdırmalıdırlar. Guya indi onlar məni Azərbaycana deport etməlidirlər. Mən Norveçdən dekabrın 26-da çıxmışam, 4 ölkə gəzmişəm. Bu gün Norveçə qayıdırdım. Artıq təyyarə reysim keçdi," o qeyd edib.

Müxalif fəal Dağqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılıb. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib.

Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xəttilə axtarışa verib. Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanılıb. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən o, azadlığa buraxılıb.

Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanılıb, sonra sərbəst buraxılıb. Sonrakı illərdə müxalifətdə olan Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyada yerləşən Foreign Policy Center - Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında Daşqın Ağalarlının başına gələnlərə yer verilib. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilib.

2017-ci ilin mayında 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı siyasi fəal Daşqın Ağalarlının Gürcüstanda oturum hüququnu ləğv edib. Məhkəmənin qərarına əsasən, o, bir ay müddətində Gürcüstanı tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG