Accessibility links

Azərbaycanlı kosmonavt ABŞ-da Marsa şərti uçuş ekipajının 6 üzvündən biri olub


Allen Mirqədirov
Allen Mirqədirov

ABŞ-ın Azərbaycandakı Səfirliyi iyulun 8-də Azərbaycan əsilli amerikalı aerokosmik mühəndisi Allen Mirqədirovun uğur hekayəsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Allen Mirqədirov 1991-ci ildə hələ 10 yaşında ikən ailəsi ilə birgə ABŞ-a köçüb.

“Allen Koloradoda Amerika Hərbi Hava Akademiyasında kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində isə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Daha sonra o, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) fəaliyyətə başlayıb. 2015-ci ildə Havay adalarında başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biri seçilib. Elə bu layihə ilə kosmik sənayənin inkişafına və gələcəkdə Marsa uçuşa böyük töhfə vermiş olub. Layihənin məqsədi, 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq, mümkün psixoloji problemləri araşdırmaq və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarət idi,” ABŞ Səfirliyi qeyd edir.

Allen Mirqədirov Marsa gedəcək şərti komandada
Allen Mirqədirov Marsa gedəcək şərti komandada

Allen Mirqədirov həmçinin 2019-cu ildə Moskvanın Biotibbi texnologiyalar mühəndisliyinin problemləri İnstitutunda 4 aylıq şərti Aya uçuş beynəlxalq ekipajının da üzvü olub.

Müsahibələrin birində onun kimi kosmonavt olmaq arzusunda olanlara nə məsləhət görərdi deyə suala cavab olaraq deyib: “Mənim pərəstiş etdiyim şəxslər hər zaman təhsilə böyük önəm verib. Mənim də məsləhətim odur ki, çox yaxşı oxuyun, sual verməkdən çəkinməyin və daima irəli gedin.”

ABŞ Səfirliyi bildirir ki, Allen Mirqədirov kimi insanlar ABŞ və Azərbaycan arasında bağ qurur və bir daha ABŞ-ın Azərbaycandan və dünyanın digər ölkələrindən olan istedadlı insanlar üçün imkanlar diyarı olduğunu xatırladır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG