Accessibility links

Azərbaycanlı mühacirin Belçikada meyiti tapılıb


Vüqar Babayev
Vüqar Babayev

Mexelen şəhər polisi yanvarın 15-də Belçikada mühacirətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuş Vüqar Rzayevi ölmüş vəziyyətdə tapıb.

Bu barədə mühacirətdə olan jurnalist Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.

"Dünən Belçika polisindən mənə zəng edib bildirdilər ki, Vüqar Rzayevin meyitini Mexelen şəhəri yaxınlığında meşədə tapıblar."

“Vüqar Rzayev ötən il dekabrın 30-da itkin düşüb. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin kampında yaşayırdı. Dekabrın 30-da yaşadığı mənzildən işə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Mən bir neçə gün öncə onun yaşadığı Mexelen (Mechelen) şəhərinin polisində oldum və onun axtarışını tələb etdim. Dünən polis zəng edib, Vüqarın meyitinin meşədə dərin bir çaladan tapıldığını bildirdi. Polis Vüqarın qəsdən öldürülməsi versiyasına inanmır. İndi, biz özümüz Vüqarın bədənində zorakılıq izlərinin olub-olmamasını araşdıracağıq. Əgər zorakılıq əlamətləri müəyyən etsək əlavə şikayət verəcəyik,” Hüseynli Amerikanın Səsinə deyib.

Vüqar Rzayev bir il əvvəl Belçikaya mühacirətə gedib. Onun mühacirətə getməsinin səbəbləri bəlli deyil. Rzayev Belçikaya mühacirətə getməmişdən əvvəl bir neçə il Gürcüstanda mühacirətdə olub.

Rzayev Kəlbəcər rayonundandır, əlilliyi olub, Azərbaycan Gözdən Əlillər Cəmiyyitinin üzvüdür.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Rzayevin ölümü ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG