Accessibility links

Azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçirib


Bu gün, martın 15-də bir qrup azərbaycanlı mühacir Berlin şəhərində, Almaniya Xarici İşlər Nazirliynin binası önündə Avropada yaşayan mühacirlərin fiziki təzyiqlərə məruz qalması, təqib edilməsi və Azərbaycanda siyasi məhbus kimi tanınan şəxlərə azadlıq tələbi ilə etiraz aksiyası keçirib.

Etirazçılar daha sonra eyni tələblərlə Azərbaycanın Berlindəki səfirliyinin binası önündə aksiya keçirib.

Çıxışlarda Azərbaycan hökumətinin siyasi fəallara və Avropadakı mühacirlərə qarşı təzyiqləri pislənilib, Almaniya hökumətindən, Avropa İtiifaqına üzv dövlətlərdən Azərbaycanla münasibətdə ölkədəki siyasi məhbusların azadlığının diqqət mərkəzində saxlanılması xahiş edilib.

Aksiya Fransada Azərbaycandan olan siyasi mühacir Məhəmməd Mirzəlinin bıçaqlanmasından bir gün sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG