Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Xantı-Mansiyskdə başa çatan şahmat üzrə Dünya Kubokunun qalibi olub.
Oktyabrın 4-də o, Dünya Kubokunun tay-breyk finalında çinli Din Lijeni məğlub edib. Finalın klassik partiyalarının yekunlarına əsasən qalib müəyyənləşməyib.
Rəqiblər tay-breyk çərçivəsində dörd rapid yarışı keçiriblər və heç-heç ilə başa çatıb. Bununla əlaqədar kubok uğrunda mübarizə blits- partiyalarda davam edib. Teymur Rəcəbov hər iki partiyada çinli qrossmeysteri məğlub edib.
Rəcəbov Dünya Kubokunun qalibi olan ilk azərbaycanlı qrossmeysterdir.
Prezident İlham Əliyev qrossmeysteri təbrik edib.