Accessibility links

Azərbaycanlı siyasi mühacir Fransada bıçaqlanıb


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Martın 14-də siyasi mühacir kimi Fransada yaşayan Məhəmməd Mirzəliyə soyuq silahla hücum olub.

Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrdə Mirzəlinin xəstəxanda görüntülərini yayıb. O bildirir ki, bir neçə şəxs ona bıçaqlarla zərbələr endirib.

“Onlar 5-6 nəfər idi. İdmançı görünüşləri var idi. Günorta saatlarında yol ilə getdiyim zaman hücum etdilər. Barmaqlarımı bir-bir doğradılar. Əllərimi, qılçımı, boynumu, bədənimin hər yerini doğradılar. Polisə zəng etdim. Polis gələnə qədər aradan çıxdılar. Polis qabaqcadan məni xəbərdar etmişdi. Amma, günorta saatlarında hava almaq üçün evdən çıxmışdım,” Mirzəli sosial şəbəkələrdə yayılan video görüntüsündə deyir.

O Azərbaycan hakimiyyətindən şübhələndiyini bildirir.

Məhəmməd Mirzəli xəstəxanaya yerləşdirilib, əməliyyat edilib.

Mirzəli sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidləri ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə hücumla bağlı hələ münasibət bildirməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü olub, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

XS
SM
MD
LG