Accessibility links

Azərbaycanlı Zaur Cəlil cudo üzrə ABŞ çempionu olub


Zaur Cəlil

Azərbaycanlı Zaur Cəlil bir neçə gün öncə ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilən cüdo üzrə Amerika çempionatında 73 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Səfirlik bildirir ki, hər zaman Azərbaycanlıların ABŞ-da əldə etdikləri uğurları paylaşmaqdan məmnunluq duyurlar.

“Qeyd edək ki, Zaur cüdo üzrə Amerika çempionatında 2015-2018-ci illər arası bürünc, gümüş və qızıl medallarla təltif olunub. Biz Zaura uğur arzu edirik!” ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir.

XS
SM
MD
LG