Accessibility links

Azərbaycanda son sutkada 406 nəfər koronavirusa yoluxub


koronavirus yeni 2
koronavirus yeni 2

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 863 min 292-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 54 min 414, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 808 min 878 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG