Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


Noyabrın 15-də Azərbaycanda koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahınn məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 75 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 min 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 19571 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 516 min 84 test aparılıb. Bugünkü test sayı isə 13377-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Noyabrın 23-dək Bakıda, Sumqaytıda, Abşeron rayonu ərazisində və bir sıra digər yaşayış məntəqələrində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bütövlükdə dayandırılıb.

XS
SM
MD
LG