Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


koronavirus yeni 2

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Beləki ,50 yaşdan yuxarı şəxslər vaksinasiya olunub. Martın 22-dən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, aprel və may aylarında da həftəsonu günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması davam edəcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG