Accessibility links

"Azərişıq": Gün ərzində elektrik veriləcək


Elektrik şəbəkəsi
Elektrik şəbəkəsi

Ağac qaz xəttinin üzərinə aşıb

Külək qazla təminatda da problemlər yaradıb.

Bu gün, avqustun 5-də Bakının Nəsimi rayonunda güclü gülək ağacı qaz xəttinin üzərinə aşırıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağıtəzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.

500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.

Avqustun 5-də Bakının bir sıra ərazilərində, Xırdalan şəhəri, Zirə qəsəbəsi və paytaxtətrafı bəzi başqa yaşayış məntəqələrinin bəlli yerlərində elektrik təchizatında fasilə yaranıb.

Bu barədə AzadlıqRadiosuna şikayətçilər bildirib.

"Azəriqaz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Məlumat Mərkəzindən isə məsələ ilə bağlı bildiriblər ki, Bakının və Abşeronun bəzi yerlərində elektrikin kəsilməsi əsən güclü küləyin fəsadlarıdır. Mərkəzdən vurğulanıb ki, güclü küləyə görə, bəzi yerlərdə elektrik xətləri bir-birinin üstünə düşüb və qısa qapanma yaranıb, bunun nəticəsində işıqlar sönüb.

Mərkəzdən əlavə ediblər ki, hal-hazırda həmin ərazilərdə elektrikin verilməsi istiqamətində işlər gedir: "Briqadalar işləyir və gün ərzində elektrik təchizatı bərpa edilək".

Güclü külək ağacların budaqlarını qoparıb
Güclü külək ağacların budaqlarını qoparıb

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 10-yaşlı qızın başına ağac budaqları sınıb tökülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub: ​"Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır".

Güclü küləyin paytaxt Bakıda bir sıra ərazilərdə ağacları aşırdığı, bir çoxlarının da budaqlarını qopardığı bildirilir.

Güclü külək paytaxt Bakı və ətraf yaşayış məntəqələrinin elektrik təminatına da mənfi təsir göstərib. Bakının bir sıra ərazilərindən və paytaxtətrafı bəzi qəsəbələrdən verilən məlumata görə, onlarda elektrik enerjisi kəsilib.

Sumqayıtda qadının başına şifer düşüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 6/2a nömrəli binanın qarşısından keçən qadının başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57-yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Külək fəsadlar yaradıb, BNA sərnişinlərə müraciət edib

Avqustun 4-də başlayan güclü külək Azərbaycan ərazisində bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, külək Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 12-mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü uçurub. Xəsarət alan olmayıb. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Xırdalan sakinlərinin AzadlıqRadiosuna bildirməsinə görə, bu şəhərdə də bəzi evlərin damına, həyət evlərində balkonlara ziyan dəyib.

Avqustun 5-də isə Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyat sərnişinlərə müraciət edib.

Agentlik hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb. Agentlik sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmağı, yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etməyi xahiş edib. "Sürücülə isə tövsiyə edirik ki, hətdə olarkən yollarda müəyyən edilən sürət həddinə yol nişanlarının təblərinə riayət etsinlər", - BNA-dan bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, avqustun 5-də də şimal küləyi tez-tez sürətini artıracaq.

AzadlıqRadiosu

XS
SM
MD
LG