Accessibility links

“Azərpoçt” beynəlxalq poçt göndərişlərini dayandırıb


Martın 16-dan “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti olaraq dayandırıb.

Bu barədə Amerikanın Səsinə Azərpoçt” MMC-dən bildiriblər.

Buna səbəb kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələrinin məhdudlaşdırılmasını və mövcud reyslərin təxirə salınmasını göstəriblər.

Beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.

Şərhlərə bax

XS
SM
MD
LG