Accessibility links

“Azərxalça”nın istintaq altında olan keçmiş rəhbəri vəfat edib


Vidadi Muradov

“Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin keçmiş rəhbəri, istintaq altında olan Vidadi Muradov noyabrın 4-də vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onkoloji xəstəlikdən müalicə ilə əlaqədar Muradovun barəsində həbs qətimkan tədbirini dəyişdirib, onu polisin nəzarətinə verərək həbsdən azad etmişdi.

Vidadi Muradov bu ilin yanvarında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə böyük miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunurdu.

Prokurorluğun rəsmi məlumatına görə, Vidadi Muradov "Azər-İlmə" MMC-nin Bakı şəhərindəki inzibati binasının "Azərxalça" ASC-yə bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsində və başqa bu kimi məsələlərdə şübhəli sayılırdı. O, ümumilikdə 21 milyon 673 min manatı mənimsəmə, israf etmə yolu ilə talamaqda, habelə 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda şübhəli bilinirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG