Accessibility links

"Azad Fikr"i möhürlədilər [Video]


Azad Fikir Universiteti
Azad Fikir Universiteti
Son zamanlar müxtəlif mövzuda keçirilən mühazirələri ilə diqqətləri cəlb edən Azad Fikir Universiteti qeyri-kommersiya layihəsinin Facebook səhifəsi bu gün ofisin qapısının möhürlənməsi barədə məlumat yayıb. Məlumatda deyilir:

"Əziz dostlar! Bu gün səhər saatlarında Baş Prokurorluğun əməkdaşları heç bir məlumat vermədən Azad Fikir Universitetinə gələrək qapını möhürləyiblər və ofisi bağlayıblar.

Hal-hazırda səbəbləri aydınlaşdırmağa çalışırıq. AFU-nun ofisini bağladıqlarından qarşıdan gələn həftəlik mühazirələr və digər tədbirlərin keçirilməsi qeyri-mümkün olmuşdur. Buna görə də özümüzdən asılı olmayan şərtlərə görə AFU-dakı tədbirlər qeyri-müəyyən müddətə təxirə salınır. Sabah, 11 apreldə keçirilməli olan ədəbiyyatda tərcümə problemləri ilə bağlı mühazirə də təxirə salınır. Yeni məlumatlar olduqca sizinlə paylaşacağıq. Xəbərlərimizi izləyin".

OL! Hərəkatının layihəsi olan Azad Fikir Universiteti 2009-cu ilin oktyabrından fəaliyyətə başlayıb. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir.

Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat müddətində interaktiv mühazirələr keçirilir.

Azad Fikir Universitetinin layihə rəhbəri Vüqar Salamlının AFU haqqında Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edirik:

Vüqar Salamlı: AFU əsasən ideyalar mübadiləsinə üstünlük verir?
please wait

No media source currently available

0:00 0:07:29 0:00
XS
SM
MD
LG