Accessibility links

Azad İsazadə: Pandemiya həyat tərzini dəyişdi


Azad İsazadə: Pandemiya həyat tərzini dəyişdi
please wait

No media source currently available

0:00 0:07:52 0:00

Psixoloq Azad İsazadə Amerikanın Səsinə müsahibəsində COVID-19 pandemiyasının insanların psixoloji durumuna təsirləri haqda danışıb.

Amerikanın Səsi: Bir ilə yaxın davam edən COVID pandemiyası insanların və cəmiyyətin psixoloji durumuna necə təsir etdi?

Azad İsazadə: İlk növbədə qeyd edək ki, koronavirus pandemiyası həyat tərzini dəyişdi. Həyat tərzi dəyişəndə istər-istəməz bizim psixoloji konfortlu zonanı da pozdu. Nə pisdir, nə də yaxşı - dəyişdi. Kafedə otura bilmirik, evdə oturub kofe içirik. Konfransa gedə bilmirik, evdə oturub online olaraq kompüterlə danışırıq. Pandemiya olmasaydı fikirləşə bilrədik ki, bu daha rahatdır. Elə bil tənbəllər üçündür. Amma reallıqda başa düşdük ki, biz özümüz rahat hiss elədiyimiz həyat tərzi dəyişib.Təzə bir forma yaranıb. Biz bu formaya 21-ci əsrdə yavaş-yavaş uyğunlaşmalıyıq.

Azad İsazadə: Pandemiya həyat tərzini dəyişdi
please wait

No media source currently available

0:00 0:07:52 0:00

Amerikanın Səsi: Pandemiya vaxtı tətbiq edilən məhdudiyyətlər, xüsusi sms qadağaları, evdə qalmaq məcburiyyətləri, onların əsəb sisteminə hansısa təsirlər göstərirmi?

Reallıqda başa düşdük ki, biz özümüz rahat hiss elədiyimiz həyat tərzi dəyişib.Təzə bir forma yaranıb.

Azad İsazadə: Belə deyək - sözsüz ki, mənfi. Amma elə mənfi ki, sadəcə deyinmə səviyyədə. Amma insanların çoxu sadəcə məcburiyyətdəndir. Məsələn, yağışlı havada deyinsək də depressiyaya düşən az oldu. Sadəcə evdə otururuq, çalışırıq ki, küçəyə az çıxaq. Elə insanlar da var ki, biz mətbuatdan oxuyuruq qadağalara baxmayaraq çıxırlar, saxlanılırlar, cərimə də verilir. Hətta COVİD daşıyıcıları küçəyə çıxır. Demək bu qadağalar da onların veclərinə deyil.

Amerikanın Səsi: Gələcəkdə bunun insan orqanizminə hansı fəsadları ola bilərmi?

Azad İsazadə: Sözsüz ki, koronavirus insan orqanizminə fiziologiyasına hansısa təsir gəstərəcək. Bu gün mən bu barədə dəqiq deyə bilmərəm. Sadəcə məlumatım yoxdur. Bəzi mənbələr deyir ki, virusu keçirdən insanların orqanizimində hansısa dəyişikliklər baş verə bilər. Psixoloji cəhətdən biz pandemiyanın təzə başlayanda karantin, sms və s yeni olandan bütün dünyada ailə zorakılğı da, əsasən də uşaqlara qarşı zorakılıq da, depressiyalar da, qorxular da çoxalmışdır. İndi pandemiyanın şərti deyək ikinci dalğası hesab olunur. Deməli həmin faktorlar da qalıb. Nə olacaq pandemiyadan sonra - bu gün demək çətindir. Amma proqnozlaşdırmaq olar ki, hansısa fəsadlar, mənfi cəhətlər, həmin depressiya, həyəcan, qorxu və aqressiya əks forması rastlaşa bilər. Hətta çoxala bilər. Amma biz bu gün hələ bilmirik pandemiya nə zaman bitəcək. Nə qədər çox davam eləsə iki variant var. Ya insanlar təzə şəraitə uyğunlaşacaq və bu daha problem olmayacaq, ya da hansısa xroniki xarakter daşıya bilər.

Amerikanın Səsi: Pandemiya vaxtı insanlar sağlam psixoloji durumlarını saxlamaq üçün nə etməlidir?

Biz oturub fikirləşməliyik və hansısa balaca ailə çərçivəsində təzə vərdişlər, təzə adətlər yaratmalıyıq.

Azad İsazadə: İlk növbədə biz bunu başa düşməliyik ki, təbii bir prosesdir. Biz bu pandemiyaya qədər özümüzü bu dünyanın ağası hesab edirdik. Balaca görünməyən bir virus sübut elədi ki, bu belə deyil. Ya biz təbiətlə müttəfiq olmalıyıq, ya da təbiət bizi periodik təbiət bizi belə yıxacaq. Deməli biz bunu təbii proses kimi qəbul eləməliyik. Bu fəlsəfəli bir anlayışdır. Praktik anlayış isə biz evdə başa düşməliyik ki, karantindəyik. Biz təzə həyat tərzimizi planlaşdırmalıyıq. Bu il yeni ili hamı fərqli qeyd edəcək. Keçən il Novruz bayramını fərqli keçirib. Biz oturub fikirləşməliyik və hansısa balaca ailə çərçivəsində təzə vərdişlər, təzə adətlər yaratmalıyıq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG