Accessibility links

Müsavatın məhbus fəalı aclıq aksiyasına başlayacağını deyir


Siyasi mühacir statusu ilə Litvada yaşayan, xəstə atasına baş çəkməkdən ötrü Bakıya gəldiyi gün həbs olunan Müsavat fəalı Azad Həsənov aclıq aksiyasına başlayacağını deyir. O, iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərə söyləyib ki, məhkəməsinin əsassız uzadılmasına, üzləşdiyi qanunsuzluqlara etiraz olaraq bu addımı atır.

Azad Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Hər dəfə məhkəmədə məlum olur ki, cavab gəlməyib və proses ertələnir. İyulun 22-hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər.

Avropa Məhkəməsinin qərarında yazıldığı kimi, bu da şübhə yaradır. Niyə hadisə yerində baxış keçirilməyib?

Həsənovun vəkili Osman Kazımov cinayət işinə xitam verilməsi, müvəkkilinin dərhal həbsdən buraxılması barədə vəsatət qaldırıb. Vəkil Avropa Məhkəməsinin "Layıcov Azərbaycana qarşı" qərarını nümunə göstərərək deyib ki, həmin işlə Azad Həsənovun işi oxşardır.

Həmin qərarda Avropa Məhkəməsi bildirir ki, Layıcov Balakəndə saxlandığı halda, Zaqatala Rayon Polis Şöbəsinə aparılıb, orada üzərinə baxış keçirilməsiylə pozuntuya yol verilib. Şəxsin saxlandığı yerdə üzərinə baxış keçirilməsinə mane olan hal yoxdursa, baxış Balakəndə keçirilməliydi.

O.Kazımov bildirib ki, Azad Həsənovu Hövsan qəsəbəsində saxladıqları halda, onu Bakı şəhər Baş Polis İdarəsinə gətirərək, orada baxış keçiriblər: "Avropa Məhkəməsinin qərarında yazıldığı kimi, bu da şübhə yaradır. Niyə hadisə yerində baxış keçirilməyib? Avropa Məhkəməsinin bu presedent qərarına əsaslanıb, Azad Həsənov haqqında cinayət işinə xitam verilməsini xahiş edirəm."

Hakimlərin bu məsələ ilə bağlı mövqeyi iyulun 29-da keçiriləcək növbəti məhkəmədə bəlli olacaq.

(c) AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG