Accessibility links

Azadlıq həbsxanası


Azadlıq həbsxanası
please wait
Embed

No media source currently available

0:00 0:03:00 0:00

Azadlıq həbsxanası

Park Hayın 28 yaşı var və bir ofisdə işləyir. O, Cənubi Koreyanın şimal-şərqindəki Honqçeon şəhərində yerləşən saxta həbsxanada özünün bir günlük həbsi üçün 90 ABŞ dolları ödəyib.

"Mən heç nə eşidə bilmirəm. Bura çox sakitdir və mən özümə fokuslana bilirəm. Həbsxana mənə azadlıq hissin bəxş edir. Gülməlidir." - deyə, Park bildirib

Həbsxana mənə azadlıq hissin bəxş edir.

"İçimdəki həbsxana" adlanan bu yer 2013-cü ildən bəri 2000-dən çox müştəriyə xidmət edib. Həbsxana müştərilərinin əksəriyyəti Cənubi Koreyanın tələbkar iş stressindən və ağır akademik fəaliyyətlərindən qaçaraq, 24 saat yalnız qalmaq istəyən işçi və tələbələrdir.

"Mən çox məşğul idim. Mən indi burda yox, öz işimin başında olmalıyam. Ancaq mən ara verməyə və daha yaxşı həyat axtarmağa qərar verdim." deyə, 5 kvadrat metrlik hücrədə oturan Park bildirib.

Müştərilərin sözlərinə görə, hücrəyə telefon, saat, hətta güzgü də daxil olmaqla heç bir rabitə əşyasının buraxılmaması onlara evdən və ya hər hansı tətildən daha çox istirahət edə bilməklərinə şərait yaradır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə, Cənubi Koreyalılar 2017-ci ildə 2,024 saat işləyiblər. Bu rəqəmlə də Cənubi Koreya Meksika və Kosta Rikadan sonra təşkilata üzv 36 ölkə arasında ən çox işləyən üçüncü ölkədir.

İyulun sonlarından etibarən Cənubi Koreya hökuməti həftəlik 68 saatlıq iş vaxtını 52 saata azaldıb. Buna baxmayaraq qanun layihəsi həm standartların qeyri-müəyyən olduğunu söyləyən işəgötürənlər, həm də işçilər tərəfindən tənqidlərlə qarşılaşıb.

Həqiqi həbsxana buradan çıxıb, qayıtdığımız yerdir.

Koreya Statistika Xidmətinin məlumatına görə, yüksək rəqabətli bu cəmiyyətdə ötən il 12 mindən çox insan intihar edib. 2016-cı ildə Cənubi Koreyada intihar nisbəti ABŞ-a nəzərən 2 dəfə, Böyük Britaniyaya nəzərən isə 3 dəfə yüksək olub.

Layihənin həmtəsisçisi Noh Ji-Hanq bildirib ki, həbsxana ideyasının ilham mənbəyi məhv yerli prokuror olan həyat yoldaşının həftədə 100 saat işləməsi olub.

"Həyat yoldaşım bir dəfə dedi ki, istirahət etmək üçün bir həftəlik həbsxanaya getməyə razıdır. müştərilərimizin bizim bu həbsxanada qaldıqdan sonra deyirlər ki, həqiqi həbsxana buradan çıxıb, qayıtdığımız yerdir."

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG